2 iyun tarixində İRƏLİ ÜGH İnformasiya Texnalogiyaları departamenti yenidən işə başladı

2 iyun tarixində İRƏLİ ÜGH İnformasiya Texnalogiyaları departamenti qısa sürən tətilindən sonra yenidən işə başladı və ilk iclasını keçirtdi. İclas Fərid Həsənovun sədri ilə keçirilidi və departamentin strukturu və yaxın müddətə fəaliyyət planlı müzakirə olundu.
İlk öncə departamanetin strukturunda bir sıra səyişikliklər aparıldı. Vaxtilə IT Dept-də öz sözlərini demiş, lakin indi müəyyən obyektiv səbəblərə görə əvvəl olduqları kimi fəal olmayan Fexri İmanov, Elçin Aşurov və Rauf Mərdiyev İRƏLİ IT Departamentin Fəxri üzvləri sırasına daxil etmək qərara alındı. Son dövrlər xüsusi fəallıqları ilə seçilən Aytən Babayeva və Əli Əliyev Departamentin Daimi üzvləri siyahısına əlavə olundular. Namiq isə Müvəqqəti üzvlər sırasına köçürüldü. Departamentin müvəqqəti üzvləri sırasına namizəd şəxslərin adları açıqlandı. Üzvlərin iş bölgüsünə yenidən nəzər yetirildi, yeni qoşulmuş üzvlərə öz sahələrinə uyğun tapşırıqlar verildi.
Beləliklə daimi və müvəqqəti üzvlərimizin siyahısı dəyişdi.
İrəli ÜGH İT Dept-in Daimi üvlərinin siyahısı:
  1. Fərid Həsənov
  2. Emil
  3. Azeri Lavin
  4. Aydın
  5. Qoşqar
  6. Zəhra
  7. Ramizə
  8. Kamran İsmayılov
  9. Federico
  10. Crazy Love
  11. Əli
  12. Aytən
İrəli ÜGH İT Dept-in mevəqqəti üvlərinin siyahısı:
  1. Rza
  2. Yeganə
  3. Lətafət
  4. Ziya
  5. Murad
  6. Müslüm
  7. Babək
  8. Namiq
Növbəti müzakirə olunan məslə isə Departamentin yay ayları üçün fəaliyyət planının müəyənləşməsi oldu. Yaxın gələcəkdə İRƏLİ IT Dept erməni həqiqətlərini dünyaya çatdıran “MEA CULPA : Confession of Armenian Elite” adlı kitabın sayt versiyasının hazırlanması və İRƏLİ Ailəsi sosial şəbəkəsinin inkişafı istiqamətində işlər görəcəkdir. (more…)

Add comment July 3, 2008

ALT+F4 AVT-ni bağladı

İRƏLİ İnformasiya Texnalogiyaları departamentinin ALT+F4 komandası

15 iyun. Bu gün İRƏLİ Ümumrespublika Gənclər Hərəkatının 8-26 İyun – Silahlı Qüvvələr gününə həsr edilmiş Futbol Çempionatının növbəti turunda İnformasiya Texnologiyaları Departamentinin ALT+F4 komandası Asudə vaxtın təşkili departamentinin AVT komandası ilə üz-üzə gəlmişdir. Olduqca maraqlı idman mübarizəsi şəraitində keçən görüş, gözlənildiyi kimi ALT+F4 komandasının 6:3 hesablı qələbəsi ilə başa çatmışdır. Rəqib komandanın qapısından topları Anar ( 3 qol ), Rövzət, Fərid Həsənov və Rauf Mərdiyev keçirmişlər.

İRƏLİ İnformasiya Texnalogiyaları departamentinin ALT+F4 komandası

Komandanın növəti oyunu ayın 18-i Xronika komandası ilə olacaqdır.

1 comment June 15, 2008

ALT+F4 4:8 Bravo

Keçən həftə ALT+F4 və Bravo komandaları üz-üzə gəldilər.ALT+F4 komandası gərgin keçən oyun nəticəsində 4:8 hesabı ilə məğlub oldu.Lakin onu demək yerinə düşərdiki əsas qələbə qazanmaq deyil,əsas əsil oyun göstərməkdir..

Add comment June 14, 2008

İRƏLİ TV / ALT+F4 komandası

Add comment June 13, 2008

7 iyun tarixində İrəli Ü.G.H-nın tərkibindəki İnformasiya Texnologiyaları departamentinin növbəti iclası keçirildi.

7 iyun tarixində İrəli Ü.G.H-nın tərkibindəki İnformasiya Texnologiyaları departamentinin növbəti iclası keçirildi.
Bu iclas ilk əvvəl “Flash” treyninqlarının yekununun müzakirəsi ilə başladı.
Bildiyiniz kimi, bir neçə gün öncə İ.T. departamentinin təşəbbüsü ilə İrəli Ü.G.H-nın üzvləri üçün hazırlanmış və onlar tərəfindən böyük maraqla qarşılanmış “Flash” treyninqları uğurla keçirildi və başa çatdı.
Bundan əlavə departament yeni treyninqların hazırlanması və keçirilməsi barəsində də müzakirələr apardı.Bunlardan biri isə Dizayn klubunun təklifi ilə bağlı oldu.Belə ki, İ.T. departamenti Dizayn klubunun üzvlərinə “Photoshop” dərsləri keçməyi nəzərdə tutub. Bu treyninqların keçirilməsi isə avqust - sentyabr aylarına planlaşdırılır.
Sonda bildirmək istəyirik ki, İrəli Ü.G.H-nın daima tətildə olan digər departament və klublarından fərqli olaraq İ.T. il boyu yoğun iş qrafiki ilə çalışmışdır və bu istiqamətdə də fəaliyyətini davam etdirəcəkdir. Lakin imtahanlarla əlaqədar, departament rəsmi olaraq iyirmi günlük tətil elan etmək məcburiyyətindədir. Bu o, demək deyil ki, bizim fəaliyyətimiz dayandırılır, sadəcə olaraq bütün müzakirələr real iclaslarda deyil, virtual məkanada aparılacaq…

Add comment June 8, 2008

İRƏLİ FC / ALT+F4 Politexniki bağladı

ALT+F4 İRƏLİ IT Dept

İRƏLİ GH-ın iyunun 8-də start verəcəyi futbol çempionatına hazırlıq davam edir. Bu gün çempiontda İnformasiya Texnologiyaları Departamenti təmsil edəcək ALT+F4 komandası ilk yoldaşlıq görüşündə Politexnik Universitetinin yığma komandasını 20:3 hesabı ilə darmadağın etmişdir. Oyunda Fərid Həsənov 9, Qoşqar Hüseynov 2, Xəqani Fərəcov 2 dəfə fərqlənmiş. Ayın 8-i isə ALT+F4 -ü Bravo komandası ilə prinsipial görüş gözləyir.

5 comments June 5, 2008

IT Dept-in futbol komandası - ilk məşq

Bildiyimiz kimi İRƏLİ ÜGH daxili futbol çempionatına start vermişdir. Biz də IT Dept olaraq bu yarışmaya “Alt+F4″ adlı komandamızla qatılırıq. İlk məşqimiz isə 5 iyun 5-i saat 14:30-da Politexnik yığması ilə olacaq. 5 iyun 14:15-də komandanın üzvləri Emlər Akademiyası metro stansiyasının girişində olsunlar. Bütün arzu edənlər buyurub gələ bilər.

ALT+F4

Rauf Mərdiyev
Fərid Həsənov
Emil Həsənov
Qoşqar Hüseynov
Kamran İsmayılov
Rövzət Ocaqov
Xəqani Fərəcov

 

Add comment June 3, 2008

İRƏLİ İT departamentinin “Flash” treyninqləri barədə

2 iyun tarixində IRƏLI ÜGH-nin IT Departamenti flash treyninqləri çərçivəsində “Windows XP” adlı təlimi keçirmişdir.Treyninqdə 10 nəfər hərəkat üzvü iştirak etmişdir.iyun tarixində IRƏLI ÜGH-nin IT Departamenti flash treyninqləri çərçivəsində “İnternetin əsasları” adlı təlimi keçirmişdir.Treyninqdə 9 nəfər IRƏLI üzvü iştirak etdi.Novbəti treyninq 4 iyun tarixində “E-mail” mözusunda olacaq…

Add comment June 3, 2008

1 iyun tarixində İrəli ÜGH-nın tərkibindəki İnformasiya Texnologiyaları departamenti öz növbəti iclasını keçirtdi

1 iyun tarixində İrəli Ü.G.H-nın tərkibindəki İnformasiya Texmologiyaları departamenti öz növbəti, ənənəvi iclasını keçirtdi.
İclasda bir çox məsələlər müzakirə olundu.
İlk əvvəl iclas qarşıda gələn “Flash” treyninqlərinin müzakirəsi ilə başladı. Bildiyiniz kimi artıq yaxın günlərdə bu treyninqlərə start veriləcək.Treyninqlərdə iştirak edəcək olanların siyahısı hazırlanıb, İ.T departamentinin daimi üzvlərindən hazırlanmış treynerlərdən ibarət olan işçi qrupu da müəyyən olunmuşdur.
İkinci müzakirə olunan məsələ isə departamentin tərkibindəki struktur dəyişikliyi ilə bağlı oldu. Bildiyiniz kimi, İ.T. departamenti öz tərkibində stuktur dəyişikliyi etmişdi. Bununla əlaqədar departamentin üzvləri iki hissəyə bölünmüşdülər.Bu siyahıda olanların sayının artıb, azala biləcəyini əvvəldə qeyd etmişdik.Bu belə də oldu, 1 iyun tarixində həmin siyahıda dəyişiklik edildi. Belə ki, müvəqqəti üzvlər sırasında olan Kamran İsmayılov departamentin fəaliyyətində göstərdiyi aktivliyinə görə digər müvəqqəti üzvlərdən seçilərək daimi üzvlər sırasına daxil oldu.
Digər müzakirə olunan məsələ isə İ.T-nın futbol komandası ilə bağlı oldu. Biz əminik ki, İ.T. bu istiqamətdə də bir nömrə və birincilərdən olduğunu sübut edəcək…

Add comment June 2, 2008

Bakıda ali təhsil ocaqlarının məzunları üçün əmək yarmarkası keçirilir

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş «Məzun-2008» əmək yarmarkası işə başlayıb.
Tədbirin açılış mərasimində çıxış edən ADİU-nun rektoru Şəmsəddin Hacıyev qeyd edib ki, əgər ötən ilki yarmarkada yalnız İqtisad Universitetinin məzunları iştirak edirdisə, artıq bu ilki əmək yarmarkasına 19 universitetin məzunları qatılıb: «Builki yarmarkada ölkənin 60-dan çox holdinq, şirkət və bankları, bir sıra nazirlik və dövlət idarələri 500-dən artıq vakant iş yeri təklifi ilə iştirak edir. Ümumilikdə respublikanın 24 ali məktəbindən 3 minə yaxın məzun «Məzun-2008» əmək yarmarkasında iştirak etmək üçün öncədən qeydiyyata alınıb».
Bundan başqa, builki yarmarkanın yeniliklərindən biri Naxçıvan Dövlət Universitetinin məzunlarının sözügedən əmək yarmarkasına İnternet vasitəsi ilə qatıla bilməsidir.
Tədbirdə çıxış edən Azərbaycanın təhsil naziri Misir Mərdənov isə bildirib ki, bu cür yarmarkalar Azərbaycan iqtisadiyyatının inkişafına yardım göstərir.

Add comment May 24, 2008

Previous Posts


Calendar

July 2008
M T W T F S S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

İT Dept

İT - İRƏLİnin ən aktiv Departamenti

Links

YAZILAR

Pages

Arxiv

Authors

IRELI IT Dept YG-a üzv olun

Blog Stats